İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şantop arasında telefon danışığında bu barədə danışılıb
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf Türkiyə Böyük Millət Məclisinin sədri ilə danışıqlarda İran İslam Şurası Məclisində Türkiyə ilə Paramentlərarası Dostluq Qrupunun təşkil edilməsinə dair hazırlıq prosesinin həyata keçirildiyini bildirib.
"İran - Tükiyə Parlamentlərarası Dostluq Qrupunun təşkil edilməsində qətiyyətliyik", - Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu sözləri Məhəmməd Qalibaf deyib.
Bu gün İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şantop arasında telefon danışığı baş tutub.
Mustafa Şantop ilk olaraq Qalibafı Qurban Bayramı münasibətilə təbrik edib. Daha sonra koronavirus pandemiyası dövründə iki ölkənin səhiyyə nazirlikləri arasında daim "covid-19" virusu ilə mübarizə sahəsindəki təcrübələrin bölüşülməsinə işarə edərək, bu istiqamətdə davamlı olaraq əlaqələrin saxlanıldığını bildirib.
İran və Türkiyə arasındakı qonşuluq münasibətlərinə, tarixi və mədəni ortaqlıqlara habelə, iki ölkə xalqları arasındakı yaxınmünasibətlərə işarə edən Mustafa Şantop İran-Türkiyə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsini bir zərurət adlandırıb.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Qalibaf da bu telefon danışığında Şantopu tərəfi Qurban Bayramı münasibətilə təbrik edib.
Məhəmməd Qalibaf daha sonra İran İslam Şurası Məclisində dostluq qrupunun yaradılmasına dair hazırlıq işlərinin görüldüyünü bildirərək deyib: "Biz İran-Türkiyə Parlament Dostluq Qrupunun təşkil edilməsində qətiyyətliyik."
İran-Türkiyə əlaqələrinin bütün sahələr üzrə inkişaf etdirilməsini müsbət qarşılayan Qalibaf beynəlxalq və regional təşkilatlarda da iki ölkə arasındakı əməkdaşlıqların çoxaldılmasına təkid edib.