İran və Tacikistan prezidentlərinin danışıqlarından sonra İran və Tacikistan hakimiyyəti arasında 23 anlaşma memorandumu imzalanıb.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir kicümə axşamı Tacikistanın prezident sarayında imzalanan bu sazişlər müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni, sosial, təhsil, nəqliyyat, gömrük, ticarət, baytarlıq və s. sahələri əhatə edir.
Bu mərasimin əvvəlində Məsud Pezeşkian və Emoməli Rəhman birgə əməkdaşlıq haqqında birgə bəyanatı imzaladılar.