İran və Suriya rəsmiləri hərbi saziş imzaladılar

İran və Suriya rəsmiləri hərbi saziş imzaladılar

Suriya və İran hərbi sahədə əməkdaşlığa dair hərtərəfli razılıq imzalayıb.

Rasthaber Azərbaycan “Al Mayadeen”-ə istinadən xəbər verir ki, bu gün Suriya və İran hərbi sahədə əməkdaşlığa dair hərtərəfli razılıq imzalayıb.

Məlumata görə, Suriyanın müdafiə naziri Əli Əbdullah Əyyub və İraq SQ BQ rəisi Məhəmməd Baqeri “hərbi əməkdaşlığa dair hər şeyi qavrayan razılıq” imzalayıblar.

Razılıq, xüsusilə, hərbi sahədə, təhlükəsizlik sahəsində əlaqələrin möhkəmlədilməsini və tərəflər arasında daimi koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

İki ölkə rəsmisi arasındakı sənədin imzalanmasından öncəki danışıqlarda isə Suriyadakı vəziyyət, həmçinin qeyri-qanuni şəkildə Suriya ərazisində olan bütün xarici qoşunların çıxarılması müzakirə edilib.

Baqerinin sözlərinə görə, əldə edilmiş razılıq əsasında, İran “Suriyanın hava hücumundan müdafiə sistemlərini gücləndirəcək”. İranlı rəsmi bildirib ki, hazırkı saziş “(İran və Suriyanın) qətiyyətini və ABŞ təzyiqi müqabilindəki sıx əməkdaşlıq məramını qüvvətləndirir”.

 

 

mənbə

Xəbəri paylaş

VİDEOLAR