İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan arasında telefon danışığı olub.
Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Əmir Abdullahiyan və Feysəl bin Fərhan Qurban bayramı münasibətilə bir-birlərini təbrik ediblər.
Əmir Abdullahiyan və Feysəl bin Fərhan İslam ümməti arasında birliyin zəruriliyini vurğulayaraq, dünya müsəlmanlarına xeyir və xoşbəxtlik arzulayıblar.