17.04.2023 11:31:20
Tehran və Ər-Riyadda səfirliklər mayın 19-dək açılacaq.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin Körfəz məsələləri üzrə İdarəsinin rəisi Əlirza Enayəti IRNA-ya açıqlamasında deyib.
Diplomat bildirib ki, razılaşmaya əsasən, iki ölkənin səfirlikləri mayın 19-dək açılacaq və bu arada xarici işlər nazirləri görüşəcəklər.