“İran və Səudiyyə arasında münasibətlərin bərpası İsrailin məğlubiyyətidir”

“İran və Səudiyyə arasında münasibətlərin bərpası İsrailin məğlubiyyətidir”

İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası İsrailin xarici siyasətinin məğlubiyyəti hesab olunur.

Az.rasthaber.com xəbər verir ki, bunu sionist rejimin keçmiş xarici işlər naziri Aviqdor Liberman çərşənbə axşamı deyib.

Çinin vasitəçiliyi ilə martın 6-10-da Pekində keçirilən bu danışıqların sonunda İran və Səudiyyə Ərəbistanı arasında razılıq əldə olunub.

İki ay ərzində diplomatik münasibətlərin bərpası və səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gələn iki ölkənin xarici işlər nazirləri bu qərarı həyata keçirmək üçün görüşəcəklər.

Bir neçə gün əvvəl Səudiyyə hökumətinin rəsmi xəbər agentliyi İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl bin Fərhanın müqəddəs Ramazan ayında görüşmək barədə razılığa gəldiyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR