İran Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı Əhmədrza Radan Rusiya tərəfinin rəsmi dəvəti ilə Moskvaya səfər edəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
General səfər zamanı Rusiya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlər keçirəcək və polis əməkdaşlığının inkişafı üzrə danışıqlar aparacaq.
İki ölkə arasında terrorizm, insan alveri, narkotiklərlə mübarizə və polis elmi-tədqiqat əməkdaşlığı sahəsində ikitərəfli polis əməkdaşlığına dair memorandum imzalanacaq.