İran xarici işlər nazirinin müavini Əli Əsgər Hacı Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb.
Az.rasthaber.org xəbər verir ki, Qazaxıstanda keçirilən 21-ci Astana toplantısında iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətinin sədri kimi Astanada səfərdə olan İran xarici işlər nazirinin müavini Əli Əsgər Hacı Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevlə görüşüb.
Görüşdə bölgədəki son hadisələr, xüsusilə Qəzzada baş verənlər və Suriya böhranının həlli və iki ölkə arasındakı əməkdaşlıq müzakirə edilib.
Əli Əsgər Hacı bu görüşdə sionist rejimin qətllərinə toxunaraq, ABŞ və digər qərb ölkələrinin dəstəyi ilə fələstinlilərə qarşı soyqırımın törədildiyini vurğulayıb.
Hacı vurğulayıb ki, qəsbkar rejimin ölüm maşını dayandırılmalı və məzlum Qəzza xalqına humanitar yardım göndərilməlidir.
Bu görüşdə tərəflər iki ölkə arasında münasibətlərin səviyyəsini alqışlayıb və Suriya böhranının həlli və bu ölkədə sülh və təhlükəsizliyin bərqərar olması üçün bu əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.