İran və Rusiya “dollarsız ticarəti” müzakirə edib

İran və Rusiya “dollarsız ticarəti” müzakirə edib

İran və Rusiyanın mərkəzi bankları yerli valyutalardan istifadənin zəruriliyini vurğulayıblar.

Az.rasthaber.com xəbər verir ki, İran Mərkəzi Bankının prezidenti Məhəmməd Rza Fərzin və Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina dünən Tehranda görüşüblər.

İran Mərkəzi Bankından verilən açıqlamada, görüşdə pul əməkdaşlığının və yerli valyuta ilə ticarətin inkişafının müzakirə edildiyi bildirilib.

Görüşdə Fərzin iki ölkə arasında bank və pul əməkdaşlığının artırılmasının vacibliyini vurğulayıb.

Rza Fərzin deyib: İran və Rusiya kommersiya bankları arasında vasitəçilik əlaqələrinin gücləndirilməsi və inkişafının sürətləndirilməsi də gündəmdədir.

Rusiya rəsmisi həmçinin ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün valyuta və bank mübadiləsinin gücləndirilməsini və iki ölkənin bank infrastrukturundan optimal istifadəni təşviq edəcəyini vurğulayıb.

Qeyd edək ki, İran və Rusiya bankları Qərbin sanksiyalarına qarşı əməkdaşlıq edir. Bu çərçivədə bu yaxınlarda Rusiya bankı ilk dəfə İranda nümayəndəlik açıb. İki ölkə arasında əldə olunan razılaşmalara əsasən, iki İran bankının Rusiyada nümayəndəliklərinin açılması gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR