İran və Qətərdən BMT baş katibinə DƏSTƏK

İran və Qətərdən BMT baş katibinə DƏSTƏK

Bildirilib ki, İran və Qətər Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Qəzzada humanitar fəlakətin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasına (BMT TŞ) təqdim etdiyi təklifləri dəstəkləyir.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə telefon danışığında sionist İsrailin Fələstinə hücumları, Qəzza və İordan çayının qərb sahilindəki son vəziyyəti müzakirə edib.

İki nazir BMT Baş katibi Quterreşin səlahiyyətlərindən istifadə edərək Qəzzada humanitar fəlakətin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubu və həll təkliflərini dəstəklədiklərini vurğulayıblar.

Qəzzada çoxlu sayda mülki əhalinin, əsasən də qadınların və uşaqların həlak olmasına və İsrailin dəfələrlə törətdiyi hərbi cinayətlərə baxmayaraq, BMT rəsmilərinin də təsdiqlədiyi kimi, BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olan ABŞ atəşkəs çağırışlarına veto qoymaqla BMT TŞ-nin fəaliyyətini pozdu.

Xəbəri paylaş

VİDEOLAR