İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb.

Az.rasthaber.com xəbər verir ki, iki nazir ikitərəfli əlaqələri, həmçinin Qəzzada son vəziyyəti və regional hadisələri müzakirə ediblər.

Nazir Əmir Abdullahiyan iclasda "İsrail Qəzzada soyqırım törətməklə beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha göstərdi. Şübhəsiz ki, bu müharibənin son qalibi müqavimət və Fələstin xalqıdır" dedi.

Rasek polis bölməsində törədilən terror aktına toxunan Əmir Abdullahiyan Pakistandan bu qruplaşmanın terrorçu qrup kimi müəyyən edilməsini istəyib.

İranda törədilən terror aktını pisləyən Cilani İran xalqı və hökumətinə başsağlığı verib.

Cilani Qəzza zolağının blokadasının aradan qaldırılması və humanitar yardımların fasiləsiz olaraq Qəzza xalqına çatdırılmasının vacibliyini ifadə edərək, Fələstin məsələsinin ədalətli həlli əsasında diplomatik səylərə başlamağın vacibliyinə toxunub.

Xəbəri paylaş

VİDEOLAR