İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami Vyanada Pakistan nümayəndə heyəti ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 67-ci Baş Konfransında iştirak etmək üçün Vyanada səfərdə olan İranın Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd İslami Pakistanın Atom Enerjisi Komissiyasının (PAEC) sədri və bu ölkənin Avstriyadakı səfiri də daxil olmaqla Pakistan nümayəndə heyəti ilə görüşüb.
Bu görüşdə Məhəmməd İslami ikitərəfli münasibətlərin və dinc nüvə texnologiyasının müxtəlif sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi və İranın MAQATE-dəki daimi nümayəndəsi Muhsin Nəziri Əsl də iştirak edib.