İranla Pakistan arasında ticarəti inkişaf etdirmək məqsədilə 2-ci sərhəd gömrüyü fəaliyyətə başlayıb.
Rasthaber Azərbaycan-ın Trend-ə istinadlı məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, bu gömrük sərhədi İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində Pakistanla sərhəddə Rimdan sərhəd gömrüyüdür.
Lətifi əlavə edib ki, bundan əvvəl İranın Pakistanla sərhədində sadəcə Mircavə sərhəd gömrüyü fəaliyyət göstərirdi.