İran və Misir prezidentləri görüşəcək

İran və Misir prezidentləri görüşəcək

İran və Misir arasında səfir mübadiləsi gözlənilir.


Məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İran Prezidenti İbrahim Rəisinin görüşü ilə bağlı ümumi razılıq əldə olunub. Görüşün ilin sonuna kimi baş tutacağı gözlənilir.

Mənbə həmçinin Misir və İranın bu il səfir mübadiləsi edəcəyini də bildirib. Son 40 ildən artıq müddətdə ilk dəfə olaraq iki ölkə tam diplomatik nümayəndəliyə malik olacaq.

Tehranın Qahirə ilə münasibətləri 1979-cu il İslam inqilabından sonra gərginləşib.

Misirin İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən sonra 1980-ci ildə iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Misir İslam inqilabından bəri İranda diplomatik nümayəndəliyini qoruyub saxlayır. Lakin onun Tehrandakı missiyasını idarə edən yalnız müvəqqəti işlər vəkilidir.APA xəbər verir ki, bu barədə Misir rəsmiləri bildiriblər.

Məlumata görə, Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə İran Prezidenti İbrahim Rəisinin görüşü ilə bağlı ümumi razılıq əldə olunub. Görüşün ilin sonuna kimi baş tutacağı gözlənilir.

Mənbə həmçinin Misir və İranın bu il səfir mübadiləsi edəcəyini də bildirib. Son 40 ildən artıq müddətdə ilk dəfə olaraq iki ölkə tam diplomatik nümayəndəliyə malik olacaq.

Tehranın Qahirə ilə münasibətləri 1979-cu il İslam inqilabından sonra gərginləşib.

Misirin İranın sonuncu şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsindən sonra 1980-ci ildə iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

Misir İslam inqilabından bəri İranda diplomatik nümayəndəliyini qoruyub saxlayır. Lakin onun Tehrandakı missiyasını idarə edən yalnız müvəqqəti işlər vəkilidir.

Xəbəri paylaş

VİDEOLAR