İran və MAQATE arasında 2 mühüm sənəd bağlanıb

İran və MAQATE arasında 2 mühüm sənəd bağlanıb

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə İran Atom Enerjisi Agentliyi arasında iki mühüm faylın bağlandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, İran və MAQATE arasında aparılan son texniki danışıqlar nəticəsində Agentliyin iddia edilən yerlə bağlı faylı (Abade obyekti adlanır) bağlanıb.

Agentliyin iddia etdiyi 83,7 faiz zənginləşdirilmiş uran məsələsi də İranın texniki izahatları ilə həll olunub.

İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami əvvəllər Tehranın uranı 83,7 faiz saflıqda zənginləşdirməsi ilə bağlı iddiaları təkzib etmişdi.

Xəbəri paylaş

VİDEOLAR