"İranla Kubanın birgə hazırladığı vaksinin uşaqlar üzərində klinik sınaqları uğurla həyata keçirilib".
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bunu İranın Pastor İnstitutunun sədri Əlirza Bigləri deyib.
O "Pasto Kovak" peyvəndinin uşaqlar üçün istifadə edilə bilən ən etibarlı peyvəndlərdən biri olduğunu qeyd edərək "Subrana-2" peyvəndi Kubada uşaqlar üzərində sınaqdan keçirilib və təcili istifadə icazəsi də alıbdır və əgər İranın Səhiyyə Nazirliyi uşaqları peyvən etmək qərarına gələrsə, bu vaksindən istifadə edə bilər", -deyə əlavə edib.
İranın Pastor İnstitutunun sədri həmçinin deyib: "Araşdırmanın nəticələri göstərdi ki, bu peyvəndin böyüklərə üçüncü dozasının vurulması lazımdır, ancaq uşaqlarda üçüncü dozaya ehtiyac yoxdur və immunitet qazanmaq üçün 2 doza kifayətdir".
İranın "Pastor" institutu və Kubanın "Finlay" institutunun birgə istehsal etdiyi koronavirusa qarşı vaksin, Kubada "Subrana-2" və İranda "Pasto Kovak" adlanır.