İran və İraq sərhəd təhlükəsizliyini müzakirə edəcək

İran və İraq sərhəd təhlükəsizliyini müzakirə edəcək

İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Aracinin başçılıq etdiyi yüksək səviyyəli təhlükəsizlik heyəti bu gün İrana gəlir.

Az.rasthaber.com xəbər verir ki, Tehranda keçiriləcək danışıqlarda separatçı terror qrupları və birgə sərhəd təhlükəsizliyi kimi məsələlərin müzakirə ediləcəyi bildirilib.

Qasim əl-Araci Tehrana səfəri çərçivəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədiyan ilə görüşəcək.

Əl-Araci Tehrana səfərindən əvvəl hökumət nümayəndə heyətinin başında İraqın Süleymaniyyə şəhərinə getmiş və KRG rəsmiləri ilə sərhəd təhlükəsizliyi məsələsini müzakirə etmişdi.

Xəbəri paylaş

VİDEOLAR