İran və İraq arasında neft-kimya sənayesində və ümumilikdə neft sahəsində əməkdaşlığın artırılması üçün anlaşma memorandumu imzalanıb.
Az.rasthaber.com xəbər verir ki, rəsmi təmaslar üçün Bağdada gedən İranın neft naziri Cevad Ovci İraqın baş naziri Məhəmməd Şia əs-Sudani ilə görüşüb.
Görüş zamanı Tehran və Bağdad arasında etrokimya sənayesi sahəsində və ümumilikdə neft sahəsində əməkdaşlığın artırılmasına dair anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumu xam neft hasilatı və emalı, qazla əlaqəli texnologiyalar və neft-kimya sənayesi sahəsində əməkdaşlığı əhatə edir.