İran və İraq birgə sənaye zonası yaradır

İran və İraq birgə sənaye zonası yaradır

İran-İraq Müştərək İqtisadi Komissiyasının koordinasiya iclasında müştərək sərmayə ilə sənaye zonasının yaradılması barədə razılıq əldə olunub.

Az.rasthaber.com xəbər verir ki, İran-İraq Birgə İqtisadi Komissiyasının koordinasiya iclası dünən Tehranın ev sahibliyi ilə keçirilib.

Görüşdə birgə investisiya ilə sənaye zonasının yaradılması planları müzakirə olunub.

İran-İraq Birgə Ticarət Palatasının baş katibi Cahanbahş Sencabi mövzu ilə bağlı açıqlama verib:

"Son vaxtlar İran və İraq arasında birgə sənaye zonasının yaradılması ilə bağlı danışıqlar aparılır. Əslində bu planın reallaşması İran-İraq 4-cü Müştərək İqtisadi Komissiyasının iclasında vurğulanıb. Son görüşdə hər iki tərəf sənaye zonasının yaradılması barədə razılığa gəlib".

Xəbəri paylaş

VİDEOLAR