İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani Hindistanın paytaxtı Yeni Dehlidə hindistanlı həmkarı Rajenat Sinq ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etmək üçün Yeni Dehliyə səfər edən briqada generalı Məhəmməd Rza Aştiyani dünən Hindistanın müdafiə naziri Rajenat Sinq ilə görüşüb.
Briqada generalı Aştiyani İran və Hindistan arasındakı tarixi və sivil ortaqlıqlara toxunaraq, iki ölkə arasındakı münasibətləri “dostluq” münasibəti olaraq adlandırıb.
Aştiyani deyib:
"İki ölkənin yüksək səviyyəli siyasi liderlərinin iradəsi və dəstəyi bu tərəfdaşlıqlarla yanaşı, əlaqələrin daha da inkişafı üçün etibarlı əsas hesab olunur".
İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə təşkil edilən “Dəniz təhlükəsizlik kəməri” təliminə toxunan Aştiyani Hindistan Hərbi Dəniz Qüvvələrini bu təlimdə iştiraka dəvət edib.