İran və Fransanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Fransanın xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Fransanın xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bu telefon danışığında Kirmandakı terror aktını pisləyib.

Ketrin Kolonna regionda gərginliyin artmasından narahat olduğunu bildirib və İrandan münaqişələrin yayılmasının qarşısının alınmasında rol oynamasını tələb edib.

İranın xarici işlər naziri Əmir Abdullahiyan da Fransanın Kirmandakı terror aktını pisləməsinə diqqət çəkib və beynəlxalq ictimaiyyətin terrorun bütün formaları ilə effektiv və əməli şəkildə mübarizə aparmalı olduğunu vurğulayıb.

Əmir Abdullahiyan Fransanın Fələstinlə bağlı fəaliyyətinə toxunaraq deyib:

Sionist rejimin cinayətlərinin və Qəzzada davam edən soyqırımın dayandırılması, dinc əhalinin öldürülməsinin dayandırılması, humanitar yardımların göndərilməsinin asanlaşdırılması, məcburi köçün qarşısının alınmasını və Fələstinin gələcəyinin demokratik yolla fələstinlilərə təhvil verilməsini regionda zorakılığa son qoymaq üçün atılan təsirli addım kimi qiymətləndirib.

Əmir Abdullahiyani deyib:

"Bölgədə münaqişələrin yayılmasının qarşısını almaq və davamlı sülhün bərqərar olmasının yeganə yolu problemlərin köklərinə məsuliyyətlə diqqət yetirmək və onların həllinə kömək etmək üçün ciddi əzmkarlığı təmin etməkdir".

Əmir Abdullahiyan deyib:

"Qəzza və İordan çayının qərb sahilinin təhlükəsizliyi ilə bölgənin təhlükəsizliyi bir-birinə bağlıdır və müharibə həll yolu deyil".

Əmir Abdullahian həmçinin bildirib ki, İran regionda və dünyada təhlükəsizlik və sabitliyin ən səmimi tərəfdarıdır.

Xəbəri paylaş

VİDEOLAR