İran və Əfqanıstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq

İran və Əfqanıstan arasında sərnişin qatarı fəaliyyətə başlayacaq

İranın Xaf şəhərindən Əfqanıstanın Herat şəhərinə ilk sərnişin qatarı fəaliyyətə başlayacaq.

Az.rasthaber.com "Report"a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” “Salam Watandar” radiostansiyasına istinadən məlumat yayıb.

"İlk sərnişin qatarı 10 gündən sonra Xafdan Herata hərəkətə başlayacaq. Qatarın işə salınması vətəndaşların gediş-gəlişinin asanlaşdırılması və Əfqanıstanla İran arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addımdır", - Herat əyalətinin qubernatorunun mətbuat katibi Məhəmməd Yusuf Səidi deyib.

Hazırda Əfqanıstanda sərnişin dəmir yolu əlaqəsi yoxdur, Məşhəd və Herat arasında çoxsaylı avtobuslar və marşrut taksiləri hərəkət edir.

İrandan Əfqanıstana dəmir yolunun tikintisinə 2007-ci ildə başlanılıb, bu yol Heratı Xorasan-Rəzəvi vilayətindəki Xaf şəhəri vasitəsilə İranın dəmir yolu şəbəkəsi ilə birləşdirir. Xəttin uzunluğu 225 km-dir ki, bunun da 147 km-i Əfqanıstan ərazisindən keçir. 

Xəbəri paylaş

VİDEOLAR