İran və dünya gücləri 2015-ci ildən əldə olunmuş nüvə sazişini canlandırmaq üçün Vyana nüvə danışıqlarını bərpa etməklə bağlı razılaşmağa çalışırlar.
"Biz İran da daxil olmaqla başqa tərəfdaşlarımızla nüvə danışıqlarının bərpası və yenidən bir araya gəlmək üçün görüş tarixi müəyyənləşdirməyə çalışırıq. Apreldən etibarən Tehran və digər 6 güc 2018-ci ildən dayandırılmış nüvə danışıqlarının bərpası ilə bağlı müzakirələr aparır", - deyə Aİ nümayəndəsi bildirib.
Qeyd edək ki, üç il əvvəl ABŞ-ın sabiq prezidenti Donald Trampın nüvə razılaşmasından çəkilməsindən sonra danışıqlar dayandırılıb.