İran və Danimarka xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Danimarka xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen arasında telefon danışığı olub.

Az.rasthaber.com xəbər verir ki, Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bu telefon danışığında Qurani-Kərimin təhqir olunmasından təəssüfləndiyini bildirib və "Danimarka Quranı təhqir edən hər cür hərəkəti şiddətlə qınayır", - deyə bildirib.

Abdullahiyan Danimarka hökumətinin bu hərəkəti pisləməkdə tutduğu mövqeni mühüm adlandırıb və Quranı təhqir edənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

Qurana qarşı hörmətsizliyi qınayan Əmir Abdullahiyan deyib:

"İfadə azadlığı dini dəyərlərin hədəfə alındığı və hücuma məruz qaldığı bir məsələ deyil. Bu səbəbdən də cəhalət dövrünü xatırladan bu cür rüsvayçı və alçaldıcı hərəkətlər şiddətlə pislənməkdədir.

Son zamanlar təhqirlər müsəlmanların və digər tövhid dininə mənsub insanların pak hisslərini incidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yekun qərarı da bu baxımdan əhəmiyyətlidir".

Əmir Abdullahiyan deyib ki, Danimarka hökumətinin öz məsuliyyəti və təsirli tədbirləri ilə bu cür davranışın təkrarlanmasının qarşısını alması gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR