İran və Azərbaycan Türkiyəyə zəlzələ ilə bağlı müraciət etdi

İran və Azərbaycan Türkiyəyə zəlzələ ilə bağlı müraciət etdi

İran və Azərbaycan tərəfi Türkiyəyə zəlzələ ilə bağlı müraciət edib

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Elazığ və Malatya şəhərlərində baş vermiş zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının rəsmiləri Türkiyədən olan həmkarları ilə müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də  birbaşa məsləhətləşmələr aparırlar.

İran İslam Respublikasının səhiyyə Naziri Səid Nəməkinin göstərişi ilə, İranın Təcili Tibbi Yardım Təşkilatının xüsusi əməliyyat qrupları Türkiyəyə yardım göstərməyə ehtiyac olarsa bu ölkəyə göndərilmək üçün tam hazır vəziyyətə gətirilib və

İranın zəlzələdən zərər çəkənlərə Tibbi Yardıma hazır oldması, bu gün səhər İİR SN-nin Beynəlxalq Əməkdaşlıqlar Baş İdarəsinin vasitəsi ilə Türkiyənin Səhiyyə Nazirliyinin diqqətinə çatdırılıb. 

Xəbəri paylaş

VİDEOLAR