İran və Azərbaycan Respublikası arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi

İran və Azərbaycan Respublikası arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi

İran və Azərbaycan Respublikası dəmir yolları idarə rəhbərləri arasında əməkdaşlığın artırılmasına dair saziş imzalanıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, dünən axşam İran və Azərbaycan Respublikası dəmir yolları idarə rəhbərləri Cavid Qurbanov və Səid Rəsuli arasında əməkdaşlığın artırılmasına dair saziş imzalanıb. Görüşdə  Azərbaycan və İran arasında dəmir yolları əlaqələrinin inkişafına dair müzakirə aparılıb. 

Sonra iki ölkə arasında dəmir yolları arasında əməkdaşlıq sazişi  imzalanıb. 

İdarə rəhbərlərləri iki ölkə dəmiryolçuları arasında təcrübə mübadiləsi aparmaq və qarşılıqlı əlaqələrin inkişafının zəruriliyini vurğulayıblar.

Qeyd edək ki, keçən il (2020), iki ölkə arasında yük və tranzit mal və malların həcmi, Koronavirus pandemiyasının başlamasına baxmayaraq, 480.000 tona yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR