İran İslam Respublikası və Azərbaycan Respublikasının birgə iştirakı ilə "Araz Birgə Təlimi" adı altında quru təlimi Ərdəbil vilayətinin Aslandüz sərhədi yaxınlığında neytral zonada başlayıb.
SEPAH-ın Quru Qoşunları İctimaiyyətlə Əlaqələr şöbəsi, bu manevrin məqsədinin ikitərəfli əlaqələri daha da möhkəmləndirməsi olduğunu elan edib.
Hərbi təlimin hədəfində mütəşəkkil qanunsuz silahlı birləşmələrə qarşı mübarizədə birgə əməkdaşlıq, ümumi sərhədlərin təhlükəsizliyi, hərbi potensialın artırılması və əməliyyat və taktiki səviyyədə müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi durur.
Bildirilir ki, bu təlim iki ölkənin ortaq maraqlarını təmin etmək üçün edilən razılaşmalara əsaslanır.Bu gün səhər saatlarında Azərbaycan Respublikasının hərbi nümayəndə heyəti Biləsuvar şəhərinin sərhəd terminalından keçərək İrana daxil olublar.
Azərbaycan Respublikasının hərbi nümayəndə heyətini Ərdəbil Vilayətinin SEPAH Korpusunun komandiri və bu təlimdə iştirak edən komandirlər qarşılayıblar.
Həmçinin Azərbaycanın yüksək rütbəli hərbi nümayəndə heyəti təlimlərin keçirildiyi ərazidə hər hansı sərhəd təhlükəsi qarşısında birgə təlimlərə lazımi hazırlıq görüldüyünü bəyan edib.
Bu təlimin təfərrüatları açıqlanacaq.