“İran Azərbaycanla müştərək sənaye şəhərciyinin Ərdəbil əyalətində yaradılmasına hazırdır”.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir, bunu İranın sənaye, mədənlər və ticarət naziri Əlirza Rəzm Hüseyni Ərdəbil əyalətinin Parsabad sənaye şəhərciyinə baxış keçirdərkən deyib.
O bildirib ki, Azərbaycan və İran sərhədyanı rayonlarının əməkdaşlığı ilə müştərək sənaye şəhərciyinin yaradılması mümkündür:
"Lazımi razılıqlar əldə olunan kimi, bu sahədə müştərək sərmayə qoyuluşuna başlanılacaq. Müştərək sənaye şəhərciyində iki ölkənin müştərək zavodlarının tikilməsi üçün Ərdəbil əyalətində geniş potensial mövcuddur."
O qeyd edib ki, Azərbaycanla müştərək sənaye şəhərciyinin yaradılması İran iqtisadiyyatı üçün önəmli nailiyyətdir.
Bu iki ölkə arasında iqtisadi və müştərək əməkdaşlığı genişləndirəcək.