İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcək

İran və Azərbaycan birgə sənaye şəhərciyi inşa edəcək

Parsabad İran və Azərbaycanın birgə sənaye şəhərciyinin inşası məkanı kimi seçilib

Rasthaber Azərbaycan xəbər verir ki, İranın Ərdəbil valisi Parsabadın İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin inşası məkanı kimi seçildiyini bildirib.

Ərdəbil valisi Əkbər Behnamcu dünən Azərbaycan Respublikasının sənaye və iqtisadi rəsmilərinin İrana səfər etmələri və birgə sənaye şəhərciyi məkanının təyin edilməsi üçün iranlı rəsmilərlə bu haqda danışıb.

"Parsabad rayonu İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin inşası məkanı kimi seçildi. Bu sənaye şəhərciyinin inşası İran-Azərbaycan Respublikası əlaqələrində böyük iqtisadi dəyişikliyə səbəb olacaq.", -deyə Ərdəbil valisi Əkbər Behnamcu  əlavə edib.

Ərdəbil valisi  sözlərinin davamında deyib ki,  İran və Azərbaycan Respublikasının birgə sənaye şəhərciyinin tikilməsilə Ərdəbil vilayəti məhsullarının Mərkəzi Asiya ölkələrinə və Rusiyaya ixracını ən qısa zamanda həyata keçirməyə imkan verəcək..

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayəti Azərbaycan Respublikası ilə 380 kilometrlik müştərək sərhədə malikdir.

Xəbəri paylaş

VİDEOLAR