İran və ABŞ arasında mesaj mübadiləsi davam edir

İran və ABŞ arasında mesaj mübadiləsi davam edir

Hüseyn Əmir Abdullahian deyib: "İran və ABŞ arasında mesaj mübadiləsi bəzi xarici işlər nazirləri və koordinator vasitəsilə davam edir".

Az.rasthaber.com xəbər verir ki, Əmir Abdullahian Nyu-Yorkda BMT Baş Assambleyası iclası çərçivəsində suriyalı həmkarı Feysəl Əl-Miqdad ilə keçirilən görüşdə İrana qarşı sanksiyaların aradan qaldırılması üçün aparılan danışıqlarla bağlı deyib: "İran və ABŞ arasında mesaj mübadiləsi bəzi xarici işlər nazirləri və koordinator vasitəsilə davam edir".

O, İranın məntiqi yanaşma ilə diplomatik yolda getdiyini və İranın iqtisadi faydalarını təmin edən davamlı razılaşmanın vacibliyini vurğulayıb.

Əmir Abdullahian Suriya işlərinə xarici müdaxiləni və regionda sabitliyi pozan addımı rədd edib və qeyd edib ki, İran və Suriyanın terrorizm və ekstremizmlə mübarizədə son illərdəki əməkdaşlığı və eyni zamanda Astana prosesinin qarant ölkələri formatından istifadə etməsi Suriyaya sülh və əmin-amanlığın qayıtmasını sürətləndirib. 

Feysəl Əl-Miqdad da öz növbəsində İrana regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə və terrorla mübarizəyə verdiyi mühüm töhfəyə görə təşəkkür edib.

Onun sözlərinə görə, Dəməşq Qərbin Suriyaya qarşı qeyri-qanuni və məcburedici tədbirlərinin təsirlərinə qarşı çıxmaq üçün İranla iqtisadi və ticarət əməkdaşlığını vurğulayır.

Regional hadisələr, o cümlədən ərəb dövlətlərinin Suriyanın Ərəb Liqasına yenidən qoşulması təşəbbüsləri, Fələstindəki vəziyyət və Ukrayna böhranı da daxil olmaqla beynəlxalq hadisələr də iki xarici işlər nazirlərinin müzakirə etdiyi məsələlər arasında olub.

Xəbəri paylaş

VİDEOLAR