İran Fordodakı nüvə obyektində uranı 20%-ə qədər zənginləşdirib.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəsmi nümayəndəsi Bəhruz Kamalvəni bildirib.
"Təxminən axşam saat 7 saat radələrində biz 20 faizlik zənginləşməyə nail olduq", - deyə Kamalvəndi "İRİNN" telekanalına açıqlamasında deyib.
Qeyd edək ki, İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabi bazar ertəsi Fordodakı obyektdə nüvənin 20%-ə qədər zənginləşmə prosesinə başladığını bildirib.