İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzzada atəşkəsin başlaması ilə bağlı açıqlamalar verib.
Az.rasthaber.com xəbər verir ki, Əmir Abdullahiyan deyib:
“Əvvəla, biz sevinirik ki, sionist rejimin Qəzzə məzlum xalqına qarşı törətdiyi qətllər ən azı bir neçə gündür ki, dayanıb. Son iki gündəki səylərimiz bu qətllərin qarşısını almağa yönəldilib. Ümid edirik ki, region bundan sonra təhlükəsizlik və sabitlik baxımından yeni səhifəyə qədəm qoyacaq.
HƏMAS-ın davranışı məntiqli və humanistdir. Ümid edirəm ki, fələstinli qadın və uşaqların azad edilməsi və əsirlərin mübadiləsindən sonra bölgə yeni mərhələyə qədəm qoyacaq”.