İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi ümidvar, olduğunu bildirib ki, yeni ildə müharibələr ədalətli sülhlə başa çatacaq və Fələstinin işğalçı rejimin pəncəsindən xilas olacağı gözlənilir.
Az.rasthaber.com xəbər verir ki, İranın BMT-dəki nümayəndəsi çərşənbə günü yerli vaxtla verdiyi mesajda əlavə edib: Novruz yeniləşmə və ümid mesajıdır. Qarşıdan gələn ildə güc və təhdidləri ağıl və müdrikliyin əvəz etməsini, müharibələrin ədalətli sülhlə bitməsini və Fələstinin işğalçı rejimin pəncəsindən xilas olmasını arzu edirik.
İran İslam Respublikasının BMT-dəki nümayəndəsi əlavə edib: Ümid edirik ki, bu il bəşəriyyətə ilahi bir hədiyyə olan insan ləyaqətinə irq, din və coğrafiyadan asılı olmayaraq bərabər hörmətlə yanaşılacaq.