İran: Ukrayna müharibəsinə PUA-larının göndərilməsi iddiaları psixoloji müharibədir

İran: Ukrayna müharibəsinə PUA-larının göndərilməsi iddiaları psixoloji müharibədir

“Ukrayna müharibəsində İran PUA-larından istifadə etməklə bağlı bu günlərdə yaradılan atmosfer düşmənin psixoloji müharibəsinin bir hissəsidir.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri tvitter səhifəsində yazıb.

O, son zamanlarda Qərb tərəfindən Ukrayna müharibəsində İran PUA-larının istifadə edilməsi ilə bağlı ölkəsinə qarşı mənfi atmosferin yaradıldığını və bunun psixoloji müharibənin tərkib hissəsi olduğunu deyib.

“Bundan savayı deyilən iddiaların çoxu mümkündür ki, yalan olsun. Əslində bu iddialar İran İslam Respublikasının PUA sənayesi sahəsində təsirli və əhəmiyyətli olduğunu göstərir”, deyə Məhəmməd Baqiri əlavə edib.

Qeyd edək ki, ABŞ və Avropa bundan öncə sözügedən mövzu ilə bağlı İrana sanksiya tətbiq ediblər.

Xəbəri paylaş

VİDEOLAR