İran Xarici İşlər Nazirliyinin baş müşaviri Əli Əskər Hacı ümidvar olduğunu bildirib ki, Ankara və Dəməşq Moskva və Tehranın dəstəyi ilə münasibətlərin normallaşdırılması üçün danışıqları davam etdirəcəklər.
Az.rasthaber.com xəbər verir ki, Sputnik-ə danışan İran Xarici İşlər Nazirliyinin baş müşaviri Əli Əskər Hacı deyib:
"Ümid edirik ki, çox da uzaq olmayan gələcəkdə Türkiyə və Suriya bu danışıqları yenidən başlatmaq üçün əsl istək nümayiş etdirəcəklər".
Türkiyənin, eləcə də Suriyanın təhlükəsizlik narahatlıq və narahatlıqlarının həllinin yeganə yolunun siyasi dialoq, ekspert komissiyalarının yaradılması və bunlar üçün lazımi əməkdaşlıq olduğunu qeyd edən iranlı diplomat bildirib: “Dördlü görüşlər tez bir zamanda keçirilməlidir”.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Sputnik-ə açıqlamasında Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması ilə bağlı siyasi dialoqun dayandığını, lakin iki ölkənin hərbi rəsmiləri arasında ünsiyyətin onun iştirakı ilə davam etdiyini bildirmişdi.
Xatırladaq ki, Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirləri 10 may 2023-cü il tarixində Moskvada görüş keçirib. Görüşdən sonra nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün yol xəritəsi layihəsinin hazırlanması tapşırılıb.