Bəyanat Astanada imzalanıb
Rasthaber Azərbaycan xəbər verir ki, Astana prosesinin zamin ölkələri – Rusiya, Türkiyə və İran İsraili Suriyaya qarşı hərbi hücumları dayandırmağa səsləyib.
Bu barədə Rusiya, Türkiyə və İranın Astana formatında keçirdikləri 16-cı Beynəlxalq Suriya Görüşünün yekununa dair birgə bəyanatında bildirilib.
“İsrailin Suriyada davam edən hərbi hücumlarını pislədik. (Bu hücumlar) beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq, Suriya və qonşu ölkələrin suverenliyini pozur, regiondakı sabitlik və təhlükəsizliyi təhdid edir. Biz həmin hücumları dayandırmağa dair çağırış etdik”, – deyə sənəddə qeyd edilib.
Tərəflər həmçinin Suriya münaqişəsinin hərbi həllinin olmadığına əminliklərini də ifadə ediblər.
“BMT TŞ-ın 2225-ci qətnaməsinə müvafiq olaraq BMT-in köməyi suriyalıların özləri tərəfindən aparılan və həyata keçirilən həyat qabiliyyəti olan və uzun müddətli siyasi prosesin inkişafına sadiqliyimizi də təsdiq etdik”, – deyə bildirilib.