İran tərəfindən Azərbaycana hücum edilməsi ilə bağlı KİV-lərdə yayılan xəbər həqiqəti əks etdirmir

İran tərəfindən Azərbaycana hücum edilməsi ilə bağlı KİV-lərdə yayılan xəbər həqiqəti əks etdirmir

İran tərəfindən Azərbaycana hücum edilməsi ilə bağlı KİV-lərdə yayılan xəbər həqiqəti əks etdirmir

Rasthaber xəbər verir ki, bu barədə Trend-ə İran səfirliyindən məlumat verilib.

Bildirilib ki, bəzi KİV-lərdə İran tərəfindən Azərbaycan ordusunun mövqelərinə atəş açılması ilə əlaqədar xəbərlər həqiqəti əks etdirmir.

İran səfirliyi bildirir ki, belə xəbərlər İranın siyasi və hərbi rəsmilərinin Azərbaycanın mövqeyini dəstəkləyən açıqlamalar verməsindən sonra yayılır.

Səfirlik qeyd edir ki, belə xəbərlər İran İslam Respublikası və Azərbaycan Respublikasının inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmaq məqsədilə yayılır. İran və Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq əbədi olaraq davam edəcək və heç kim bu münasibətlərə xələl gətirə bilməz.

Xəbəri paylaş

VİDEOLAR