Bu barədə İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib.
Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, İran getməyə hazırlaşan ABŞ prezidenti Donald Trampı Qasim Süleymaniyə qarşı terrorda “1 nomrəli cani” hesab edir.
Bu barədə İranın Məhkəmə Hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib.
“Tramp – şəhid Süleymaninin qətlində cavabdeh olan 1 nömrəli cinayətkardır”, – deyə o qeyd edib.
Rəisi əlavə edib ki, Tramp heç bir halda bu işinə görə cəzadan azad hesab edilə bilməz.
İranlı rəsminin sözlərinə görə, ABŞ-ın yüksəkvəzifəli məmurları bu cinayətin araşdırılmasından yayına bilməyəcəklər və “onlar şəhid Süleymaninin qətlinə görə cavab verməlidirlər”.
O deyib ki, İran bu işin tədqiqi üçün müvafiq mexanizmlərini işə salıb və kifayət qədər dəlillərə sahibdir