İran Məşhəddə İmam Rzanın (ə) ziyarətgahında dini təhsil alan tələbələrə və ruhanilərə hücumu terror aktı adlandırıb.
İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi bildirib.
O deyib ki, ölkəsi Qərb ölkələrindən və ABŞ-dan bu terroru pisləmələrini gözləmir.
Nazir onu da əlavə edib ki, Məşhəddəki terror hadisəsinin amillərinə və təkfirçilik cərəyanını yayan şəxslərə qarşı ciddi tədbirlər görüləcək.
Qeyd edək ki, bir müddət əvvəl Məşhəddə naməlum şəxsin İmam Rza (ə) məqbərəsində dini təhsil alan tələbələrə bıçaqla hücumu zamanı 2 tələbə ölüb, daha 1 nəfər yaralanıb.
İran polisi faktla bağlı 5 nəfəri saxlayıb.