İran təhdiddən geri addım atdı - Ruhani

İran təhdiddən geri addım atdı - Ruhani

İran İslam Respublikasının prezidenti bildirib ki, amerikalılar İrana qarşı yanlış proqramlaşdırma aparıblar.

Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani bu gün İranın Mərkəzi Bankının 59-cu ümumi iclasında Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymanidən danışıb.

"Bu hərbi komandanın amerikalı terrorçular tərəfindən şəhid edilməsi bütün Qərbi Asiya bölgəsini təsir altına aldı və Kəşmirdən tutmuş Afrikayadək bütün müsəlmanlar bu yüksək dərəcəli komandanın itirilməsinə görə, kədər ifadə edərək matəm saxlayıblar.", -deyə o bildirib.

İran prezidenti sonra deyib ki, İran xalqı Amerikanın fitnələri və sanksiyaları qarşısında daha da möhkəm olaraq, güclənibdir.

Ruhani İranın hücumuna işarə edərək deyib: "Az sayda ölkə Amerika hərbçilərinin bazasını raket hücumları hədəfinə almağa cürət edər." 

"İran general Süleymaninin şəhadətindən sonra amerikalı hərbçilərin İraqdakı bazasına raket hücumu etdi və Tramp İrana qarşı hədəsindən geri çəkilməyə məcbur oldu.", -deyə İran prezidenti qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR