İran Suriyaya başsağlığı verib

İran Suriyaya başsağlığı verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Homs vilayətində Hərbi Akademiya zabitlərinin buraxılış mərasimi zamanı törədilən terror aktını kəskin şəkildə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Homs vilayətində Hərbi Akademiya zabitlərinin buraxılış mərasimi zamanı törədilən terror aktını pisləyib.

Kənani bu terror aktına görə Suriya xalqına və hökumətinə və həyatını itirənlərin ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Kənani bu hadisəyə görə terrorçu qrupların xarici tərəfdarlarını məsul hesab edib və digər beynəlxalq təşkilatlardan, xüsusilə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından bu mövzuda məsuliyyətlərini yerinə yetirmələrini istəyib.

Suriyanın Homs şəhərində keçirilən buraxılış mərasiminin sonunda Homs Hərbi Akademiyası və ətrafını hədəf alan terror hücumlarında ən azı 60 nəfərin həyatını itirdiyi açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR