İran Süleymani sui-qəsdində 48 nəfəri ittiham edir

İran Süleymani sui-qəsdində 48 nəfəri ittiham edir

İran İslam İnqilabı Keşikçiləri Ordusunun generalı Qasim Süleymaniyə qarış ABŞ terrorunda 48 nəfəri ittiham edir.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Qərargahının katibi Əli Baqeri məlumat verib.

“Qasim Süleymani işi ilə bağlı 48 müttəhimin şəxsiyyəti müəyyən edilib. Onların məsuliyyətə cəlb edilməsi üçün zəruri addımlar atılıb”, – deyə o qeyd edib.

İranlı rəsminin sözlərinə görə, baş verənlərdə bu və ya digər yollarla əli olan ölkələrə məlumat təqdim edilməsi tələbi ilə sorğu göndərilib.

“Sonuncu ölkə Almaniya idi. Bizə məlumat gəlib ki, ABŞ-ın Almaniyadak Ramştayn bazası Süleymaninin qətlində istifadə edilmiş ABŞ PUA-ları arasındakı məlumat mübadiləsinə cəlb edilib”, – deyə Baqeri bildirib.

Xəbəri paylaş

VİDEOLAR