İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salmanla telefonla danışıb.
Az.rasthaber.com xəbər verir ki, General-mayor Baqeri iki ölkə arasında dostluq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib və Səudiyyə Ərəbistanının İslam ölkələri başçılarının fövqəladə zirvə toplantısına ev sahibliyi etməsini yüksək qiymətləndirib.
General-mayor Baqiri həmçinin bəyan edib ki, İran silahlı qüvvələri iki ölkə arasında hərbi əlaqələri inkişaf etdirməyə hazırdır.
Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman da iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlıq səviyyəsinin yüksəldilməsini alqışlayıb.
Bundan başqa, bu görüşdə İslam dünyasında digər mühüm məsələlər də müzakirə olunub.