İran-Səudiyyə Ərəbistanı danışıqlarına İraqdan dəstək

İran-Səudiyyə Ərəbistanı danışıqlarına İraqdan dəstək

İraq prezidenti Əbdüllətif Rəşid ölkəsinin İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi rolunu davam etdirmək istədiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İraq prezidenti Əbdüllətif Rəşid ABŞ-da yerləşən Associated Press (AP) xəbər agentliyinə ölkəsinin xarici siyasəti barədə danışıb.

Prezident Rəşid İraqın qonşu ölkələrlə yaxşı əlaqələr qurmaq istədiyini ifadə edərək deyib:

“İran, Suriya, Küveyt, Səudiyyə Ərəbistanı, Türkiyə və İordaniya kimi qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək bizim üçün güc mənbəyidir”.

İran-Səudiyyə Ərəbistanı danışıqları ilə bağlı Rəşid bildirib ki, ölkəsi İran və Səudiyyə Ərəbistanı arasında vasitəçilik rolunu davam etdirmək istəyir.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı rəsmiləri birbaşa danışıqlar aparmaq üçün 2021-ci ilin aprelində Bağdadda görüşüb və İraqın vasitəçiliyi ilə danışıqlar bundan sonra davam edib.

Xəbəri paylaş

VİDEOLAR