İranın Parisdəki səfirliyi Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyaya sərt mesaj verib
Rasthaber Azərbaycan “shafaqna”-ya istinadən xəbər verir ki, İranın Parisdəki səfirliyi Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəməndəki hərəkətlərini tənqid edib.
“Bugünkü dünyada şərəf və hörməti pulla almaq olmur”, – deyə qeyd edilib.
Səfirlik Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyanın Yəmən xalqına verdiyi əzab-əziyyətlərin və bu ölkəyə vurduğu ziyanların şəkillərini “Twitter”-də paylaşaraq bildirib ki, “təhlükəsizliyin yalnız hərbi güclə zəmanət verildiyi və müəyyən edildiyi zamanlar çoxdan geridə qalıb”.
“Yəmən nəfər ala bilmir” deyə qeyd edən səfirlik bu koalisiyaya xitabən deyib ki, “neft-dollarları ilə daha özünə tarix, mədəniyyət, ədəbiyyat və sivilizasiya almaq mümkün deyil”.
Xatırladaq ki, adıçəkilən ittifaq 2015-ci ildən Yəmən və onun xalqına qarşı işğalçı siyasət yürüdür və onminlərlə günahsız insanın ölməsinə və yaralanmasına səbəb olub.