İran səsdən sürətli qanadlı raketlər hazırlamağa davam edəcək

İran səsdən sürətli qanadlı raketlər hazırlamağa davam edəcək

İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı, general-mayor Hüseyn Səlami İranın səsdən sürətli qanadlı raketlər hazırlamağa davam edəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İnqilab Keşikçiləri Ordusunun Baş Komandanı general-mayor Hüseyn Səlami paytaxt Tehranda keçirilən tədbirdə çıxış edib.

General-mayor Səlami ABŞ-ın İran xalqından ağır zərbələr aldığını izah edərək, "Amerikalılar meydanda uğursuzluğa düçar olduqları üçün bizə qarşı bütün imkanlarından istifadə etdilər", - deyə qeyd edib.

General-mayor Səlami İranın müdafiə və çəkindirmə imkanlarına toxunaraq, ölkənin səsdən sürətli qanadlı raketlərin inkişafını davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl İnqilab Keşikçiləri Ordusu Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə İranın yeni ballistik raket hazırladığını açıqlamışdı.

Sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən briqada generalı Hacızadə, onun qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ bildiyini, həm atmosferdə, həm də çöldə manevr qabiliyyətinə malik olduğunu qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR