İran sərhədlərində 10 xüsusi hərbi baza qurur

İran sərhədlərində 10 xüsusi hərbi baza qurur

İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri açıqlama verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri ölkə sərhədləri boyunca 10 xüsusi bazanın yerləşdirilməsi planları barədə danışıb.

Briqadan generalı Heydəri deyib ki, ölkənin qərb, cənub-qərb, şimal-şərq və şərq sərhədləri boyunca öz vəzifələrini düzgün yerinə yetirə bilmələri üçün Quru Qoşunlarına xüsusi taktiki xarakteristikası olan hərbi bazalar lazımdır.

“Planlara əsasən, bütün sərhəddə çox yaxşı sistem tətbiq edilib, ilkin mərhələdə 10 xüsusi bazanın inşanı planlaşdırılır”, – deyə o əlavə edib.

Komandan qeyd edib ki, ilk xüsusi hərbi baza bir neçə gün öncə açılıb, 9 bazası isə tədricən istifadəyə veriləcək.

Həmçinin o, Quru Qoşunlarının hazırlıq səviyyəsinin artırılması üçün birgə və xüsusi hərbi manevrlərin daimi keçirilməsi planının olduğuna da işarə edərək bildirib ki, təlimlər xüsusi taktika və silahlardan ibarətdir.

Xəbəri paylaş

VİDEOLAR