İran: Sərhəddəki qarşıdurmaları Taliban ilə müzakirə etdik

İran: Sərhəddəki qarşıdurmaları Taliban ilə müzakirə etdik

İranın daxili işlər naziri Əhməd Vahidi dünən İran-Əfqanıstan sərhəddində baş verən qarşıdurmalara münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, nazir vahidi qarşıdurmalardan dövlət televiziyasına müsahibəsində dünən Sistan-Bəlucistan əyalətinin Hirmand rayonundakı Sasuli Polis Bölməsi yaxınlığındakı sərhəddə İranin sərhəd mühafizəçiləri ilə Taliban qüvvələri arasında baş verən qarşıdurmadan sonra Taliban rəsmiləri ilə danışıqlar apardıqlarını, problemin həll olunduğunu və sərhədlərdə təhlükəsizliyin bərpa edildiyini bildirib. Vahidi bəyan edib ki, münaqişədə Taliban qüvvələrinə lazımi cavab verilib. Qısamüddətli münaqişə olub. Taliban tərəfi ilə danışıqlar aparılıb, problem həll olunub. Hazırda heç bir məsələ yoxdur, sərhəd sakit və açıqdır.

İran dünən sərhəd mühafizəçiləri ilə Taliban qüvvələri arasında baş verən qarşıdurma nəticəsində 2 iranlı sərhədçinin həyatını itirdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR