İran sərhəd zolağındakı gərginliyə görə Talibana xəbərdarlıq edib

İran sərhəd zolağındakı gərginliyə görə Talibana xəbərdarlıq edib

İran Taliban hökumətindən istəyib ki, sərhədə yerləşdirdiyi qüvvələrinə sərhəd xidməti barədə təlimatlar versin.

Az.rasthaber.com SalamNews-a istinadla xəbər verir ki, bunu İranın Daxili işlər naziri Əhməd Vəhidi deyib.

Bu gün İranın Nazirlər Kabinetinin iclasında Əfqanıstanla sərhəd zolağında yaranan son günlərin gərginliklərinə toxunan nazir bildirib ki, onlar tərəfindən Talibana müraciət edilib.

Əlavə edilib ki, burada Taliban hökumətindən tələb edilib ki, sərhədə yerləşdirdiyi qüvvələrinə lazımi təlimatları versin.

“Taliban qüvvələri elə təsəvvür edirdilər ki, sərhəd zolağı və buradakı məntəqə Əfqanıstanındır. Amma bizim qüvvələr onlara baş saldılar. Kabildə onların rəsmilərilə söhbət edildi. Onlar qüvvələrini məntəqədən geri çəkdilər və bu baş tutdu”, deyə İranın daxili işlər naziri əlavə edib.

Qeyd edək ki, bu gərginlik nəticəsində sərhəddə yerləşən İslam-Qala və Durağun keçidləri müvəqqəti bağlanmışdı. İran KİV-ləri Zahidandan sərhəd istiqamətində gedən böyük hərbi karvanların görüntülərini yayımlamışdılar.

Xəbəri paylaş

VİDEOLAR