İran son üç ayda ölkə sərhədlərində 2,500 döyüş silahı ələ keçirdiyini bildirib

İran son üç ayda ölkə sərhədlərində 2,500 döyüş silahı ələ keçirdiyini bildirib

İran Sərhəd Xidməti son üç ay ərzində ölkəyə daxil edilməsi planlaşdırılan 2,500 ədəd silahı ələ keçirdiyini bildirib.

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, bunu İran Sərhəd Qonuşlarının komandanı Əhməd-Əli Qudərzi deyib.

O, ötən gün İraqın şimalı ilə sərhəddə yerləşəh Dehloran bölgəsində sərhədçilərə baş çəkən zaman bildirib ki, son üç ayda ölkə sərhədlərində 2,500 döyüş silahı ələ keçirilib.

İranlı general əlavə edib ki, təkcə Dehloran sərhəd bölgəsində 200 döyüş silahı və digər silah-sursat avadanlığı, habelə 20 nəfər qaçaqçı ələ keçirilib.

Ə.Qudərzi bildirib ki, İran tərəfinin mütəmadi tələblərindən sonra İraq Ordusu Kürdüstan Regional Hökuməti ilə İran sərhədinə çoxsaylı qüvvələr yerləşdirib.

Qeyd edək ki, İran son üç ayda beş dəfə İraqın şimalında separatçı kürd birləşmələrinin mövqelərini balistik raket, PUA və artileriyadan hədəfə alıb.

Xəbəri paylaş

VİDEOLAR